İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


11.12.2018  09:48 

Tereza Mey “Brexit” səsverməsini təxirə saldı





A+  A-

İngiltərə Baş naziri Tereza Mey parlamentdə bu gün nəzərdə tutulan “Brexit” səsverməsini təxirə salıb.
XəzərNews.az “Sabah”a istinadən xəbər verir ki, o, bu addımı “Tədbir maddəsi”nə edilən tənqidləri nəzərə alaraq atdığını bildirib.

Mey bu həftə Avropa İttifaqının Zirvə görüşündə “Tədbir maddəsi” ilə bağlı “təminat” almağa çalışacağını da vurğulayıb.

Qeyd edək ki, həmin maddə Aİ üzvü olan İrlandiya ilə Böyük Britaniyanın bir hissəsi olan Şimali İrlandiya arasında “Brexit” sonrasında fiziki sərhəd qoyulmasını əngəlləyir.

Həmçinin, bu maddə İngiltərənin qeyri-müəyyən vaxta qədər Gömrük İttifaqında qalmasını nəzərdə tutur.

Xəbər 1538 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +