“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.12.2023  14:35 

Dünya Bankı Ukraynaya 1,34 milyard dollar ayırdı





A+  A-

Ukrayna Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində 1,34 milyard dollar alıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə dekabrın 25-də Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyələşdirmə Yaponiya hökumətinin zəmanəti ilə ADVANCE Ukraine Trust Fund vasitəsilə Dünya Bankının 1,086 milyard dollar kreditindən ibarətdir. Ukraynada Sülh layihəsi üçün altıncı əlavə maliyyə vəsaiti də qrant komponentini ehtiva edir: Ukraynanın Yenidənqurma, Bərpa və İslahat Etimad Fondu (URTF) vasitəsilə Norveçdən 190 milyon dollar, ABŞ hökumətindən 50 milyon dollar və İsveçrə hökumətindən 20 milyon dollar.

Vəsaitlər Ukraynanın dövlət büdcəsinin təhlükəsizlik və müdafiə sahəsinə aid olmayan xərclərini qismən kompensasiya etmək üçün istifadə olunacaq - xüsusən də pensiya ödənişləri və Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşlarına ödənişləri əhatə edəcək.



Xəbər 1107 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +