“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.04.2023  03:40 

Özbəkistan İranla niyə məsafəli davranır?





A+  A-

Mumbayda Çobahar dəniz limanının (İran) infrastrukturunun birgə istifadəsi üzrə Mərkəzi Asiya-Hindistan Birgə İşçi Qrupunun ilk iclası keçirilir (aprelin 12-13-ü).

Gündəlikdə Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların sürətləndirilməsi, Hindistanın Cəvahirləl Nehru və İranın Çobahar limanlarından səmərəli istifadə məsələləri yer alıb.

Son illər Özbəkistan tərəfi çoxvektorlu siyasət yürüdür. Xüsusilə İslam Kərimovdan sonra böyük güclər arasında balanslı siyasət yürüdən Şavkat Mirziyoyev İranla əməkdaşlığa da maraq göstərir. Lakin bu əməkdaşlıq iqtisadi müstəvidə davam edir.

Özbəkistan region ölkələrindən Hindistanla yaxşı münasibətlərə malikdir. Xüsusilə birgə bir çox layihələr həyata keçirilib. Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsində də bu ölkələrin əhəmiyyəti olduqca böyükdür.

Burda diqqət çəkən digər məqam isə İran-Özbəkistan münasibətləridir. Məsələn, İslam Kərimovun dönəmində İranla münasibətlər normallaşmış, əməkdaşlıq dərinləşmişdi. Lakin Kərimov daha sonra təhlükə hiss edərək İranla münasibətləri demək olar ki, dondurdu. Səbəb isə İranın Özbəkistan daxilindəki etnik olaraq farslar və taciklərə nüfuz etməsidir. Nəzərə almaq lazımdır ki, adı çəkilən etniklərin kompakt şəkildə yaşadığı bölgələr heç də az deyil. Ona görə də Özbəkistan İranla münasibətlərə xüsusi həssaslıqla yanaşır.

Rusif Məmmədsoy

Xəbər 970 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +