“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.03.2021  09:22 

Rusiya və Belarus birgə hərbi mərkəzlər quracaq





A+  A-

Rusiya və Belarus hərbçilərin birgə təlimi üçün üç tədris mərkəzi qurmaq qərarına gəlib.
XəzərNews.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə razılıq Moskvada Rusiya və Belarus müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xreninin görüşündə əldə olunub.

Bildirilib ki, mərkəzlərdən ikisi Rusiyada, biri Belarusda yerləşəcək.

Rusiyadakı mərkəzlər Nijni Novqorod və Kalininqrad bölgələrində, Belarusdakı isə Qrodno bölgəsində inşa ediləcək.

Nazirlər görüşdə 2021-ci ildə hərbi əməkdaşlıq istiqamətində birgə tədbirlər planını da müzakirə ediblər. Bu fəaliyyətlər arasında “Zapad-2021” strateji təlimləri xüsusi yer tutur. Görüşdə müzakirə mövzusu olan ən vacib məsələlərdən biri isə iki ölkə arasında mövcud olan birgə müdafiə sisteminin fəaliyyəti olub.

Xəbər 2717 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +