“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.11.2020  12:39 

Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək - DİN-dən AÇIQLAMA





A+  A-

Sosial şəbəkələrdə açıq havada siqaret çəkən şəxslərin cərimə olunub-olunmayacağı müzakirələrə səbəb olub.
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də 100 manat cərimələnəcək:

"Nazirlər Kabinetinin qərarında qeyd olunub ki, maskadan istifadə mütləq və məcburidir. Maskasız siqaret çəkən şəxslər də mütləq cərimələnəcək. Küçədə siqaret çəkməsinlər. Siqaret çəkmək istəyən şəxslər getsin, evində çəksin".

Qeyd edək ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib. Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu tələblərinin pozulmasına görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Xəbər 2455 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +