14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


10.01.2022  18:32 

Bugünkü sammitin “qatıq“ları...





A+  A-

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin bu gün onlayn formada keçirilən görüşündə Qazaxıstandakı son olaylar müzakirə edilərkən Aleksandr Lukaşenko və Nikol Paşinyan yersiz ifadələr işlətməklə ilk növbədə Putinə xidmət göstərmək istədilər.

Belə ki, Rusiya prezidenti Vladimir Putin Qazaxıstandakı olaylarda Qərbə işarə edərək, “rəngli inqilabların” qarşısını almaq üçün KTMT dövlətlərinin aralarındakı əməkdaşlığı gücləndirməyin vacibliyini vurğuladı.

Belarus prezidenti Aleksandr Lukaşenko Putinin bu fikrindən şirniklənərək “rəngli inqilabın” növbəti ünvanını – Özbəkistanı göstərdi. Bununla da Şövkət Mirziyoyevin "bostan"ına ilk daş atılmış oldu.

Ermənistanın baş naziri Nikol Paşinyan da Lukaşenkodan geri qalmaq istəməyərək, Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsini hansısa formada əlaqələndirməyə cəhd göstərdi:

“Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz- üzə qala bilər”.

Paşinyan bu xain açıqlaması ilə eyni vaxtda həm Azərbaycanı, həm də Türkiyəni "vurmağa" çalışdı. Bu da onun ənənəvi erməni xislətindən irəli gəlir. Zatən bütün ermənilərdə ilk fürsət ələ düşən kimi erməniçilik dərhal özünü büruzə verir.

P.S.
Bu namərdlər bundan sonra "KTMT" adlı hərbi "dəyənəy"in vasitəsilə gah bu, gah da digər ölkələrə qarşı çeşidli təxribatlar törədə bilər. Lukaşenko və Paşinyan isə icraçı nökərlər kimi Kremlin bu istiqamətdə bütün tapşırıqlarını canla-başla yerinə yetirəcəklər. Odur ki, türk dövlətləri bundan sonra çox diqqətli olmalıdırlar.

P.P.S.
Yeri gəlmişkən, sabah Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair onlayn formatda fövqəladə iclası keçiriləcək.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 1930 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +