Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


18.04.2025  14:12 

Siyahıda olmayan cərrahlara xəbərdarlıq...





A+  A-

Səhiyyə Nazirliyi adı siyahıda olmayan plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib.

XəzərNews.az xəbər verir ki, Xüsusi Təftiş Komissiyasının qərarlarına müvafiq olaraq siyahıya adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb, bəziləri isə ümumiyyətlə, tələb olunan sənədləri Komissiyaya təqdim etməyiblər.

Həmin həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər:

"Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər".

Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.

Xatırladaq ki, ötən gün açıqlanan məlumata görə, Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilib, eyni zamanda, icazə verilən əməliyyatların siyahısı məlum olub.



Xəbər 3028 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +