“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


18.11.2019  20:41 

Tbilisidə polis aksiyanı dağıtmağa başladı





A+  A-

Gürcüstanın xüsusi təyinatlıları Tbilisidə etiraz aksiyasını dağıtmağa başlayıb.
XəzərNews.az Gürcüstan mediasına istinadən xəbər verir ki, polis su şırnaqlarından, dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edir. Nümayişçilərdən bir neçəsi xüsusi təyinatlılara mane olmaq üçün yerə uzanıb.

Hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının deputatları isə polisin köməyi ilə parlament binasına daxil olublar. Millət vəkilləri büro iclasına hazırlaşırlar.

Bununla belə, gənclər hərəkatı iştirakçılarının, müxalif partiya liderlərinin etirazları səngimək bilmir. Etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər. Polislə vaxtaşırı toqquşmalar yaşanır. Onlar Rustaveli prospektini tərk etmək niyyətində olmadıqlarını bildiriblər.

Polis yüzlərlə etirazçının qurduğu çadırları yığışdırıb.

Qeyd edək ki, noyabrın 14-də parlament seçkilərində proporsional sistemə keçidlə bağlı düzəlişlər qəbul edilmədiyi üçün Tbilisidə aksiyalar keçirilir.

Xəbər 1617 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +