Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


25.07.2019  12:32 

Bu küçə və prospektlərdə hərəkət çətinləşir





A+  A-

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun XəzərNews.az-a verdiyi məlumata görə, bu gün səhər saat 9:00-dan başlayaraq 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü km - Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur: “Şıx qəsəbəsi Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə, şəhərin mərkəzinə doğru hərəkət marşurutu nəzərdə tutulub. Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi - Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermantov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər.

Avtomobil sahibləri və sürücülərin nəzərinə çatıdırırıq ki, alternativ yol kimi, Bakı –Salyan 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçəməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayl Müşviq , Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Z.Bünyadov, Tiblisi, İnşaatçılar və digər yollar üzrə hərəkət müəyyən edilib”.

Xəbər 1619 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +