3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb
Sabahın havası: Bakı yağmursuz olacaq
Paşinyanın dindarlara qarşı mübarizə ehtirası: Nə baş verir?


15.12.2017  19:32 

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi





A+  A-

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucova 6 il həbs cəzası kəsilib.
Dövlət ittihamçısı ona 7 il həbs istəmişdi.
Məhkəmədə hökmdən öncə Ə.Orucov son sözünü deyib. Bildirib ki, təqsirsizdir, ona verilən ittihamların heç bir əsası yoxdur. Ə.Orucov son sözündə anasına ona verdiyi tərbiyəyə görə təşəkkür edib.

Vəkilləri Cavad Cavadov və Əlibaba Rzayev də jurnalistin müdafiə çıxışında günahsız olduğunu söyləyiblər. Onlar Ə.Orucova bəraət verilməsini istəyiblər.

Qısa müşavirədən sonra Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası hökmü elan edib. Hökmə əsasən, Ə.Orucova 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 il həbs cəzası verilib.

XəzərNews.az-ın məlumatına görə, jurnalistin vəkilləri “Azadlıq” radiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.

Ə.Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Xəbər 1763 dəfə oxunub.



04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +