“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.06.2020  16:23 

Karantin Avropada 3 milyon insan ölümünün qarşısını aldı





A+  A-

Avropa ölkələrində tətbiq olunan geniş miqyaslı sərt karantin tədbirləri 3,1 milyon insanın ölümünün qarşısını alıb.
XəzərNews.az "Nature" jurnalına istinadən xəbər verir ki, London İmperial Kolleci universitetinin tədqiqatçıları tərəfindən araşdırmada belə bir proqnoz irəli sürülüb.

Tədqiqatçılar Avropa ölkələrində karantin tədbirlərinin həyata keçirilməyə başlandığı martdan may ayının əvvəlinə qədər infeksiya və ölüm hallarının sayını karantindən əvvəlki dönəmdəki saylarla müqayisə ediblər.

Yoluxma və ölüm nisbəti əsasında yaradılan riyazi modelə görə, karantin tədbirləri həyata keçirilməsəydi, 11 ölkədə ümumilikdə 12-15 milyon insanın yoluxacağı və bununla da 3,1 milyon insanın ölümünə yol açacağı hesablanıb.

Tədqiqata rəhbərlik edən İnfeksion Xəstəliklərin Təhlili üzrə Modelləşdirmə Tədqiqat Mərkəzindən Dr. Samir Bhatt, araşdırılan bütün ölkələrdə karantin tədbirlərindən sonra yoluxma nisbətinin azaldığını bildirib. "Virusa yoluxmanı nəzarət altına almaq üçün tədbirlərin davam edilməsinə diqqətlə nəzərdən keçirilməlidir".

Xəbər 1864 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +