İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


13.02.2017  11:09 

Hansı nazirliklər işçilərə sosial şəbəkələrdən istifadəni qadağan edib?





A+  A-


Sosial şəbəkələr istəsək də, istəməsək də gündəlik həyatımıza daxil olub. Sosial şəbəkələrdən istifadə elə bir həddə çatıb ki, bəziləri onun xəstəsinə çevrilib və həyatını onlarsız təsəvvür etmir. Bəziləri də hesab edir ki, Facebook, Twitter, Odnoklassniki.ru, Vkontakte.ru və digər sosial şəbəkələrdən istifadə işçilərin də qulluq vəzifələrini yerinə yetirməsinə mane olur.  Təsadüfi deyil ki, artıq bir sıra böyük dünya şirkətləri və dövlət qurumları iş yerlərində sosial şəbəkələrdən istifadəyə qadağa qoyub.

Bəs bu vəziyyət Azərbaycanda necədir? Sosial şəbəkələrdən istifadə etməyə dövlət qurumlarında icazə verilirmi?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Modern.az saytı bəzi nazirliklər və dövlət qurumlarından bu suala cavab istəyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaəqlər şöbəsinin müdiri Elman Babayev nazirlikdə işçilərin sosial şəbəkələrdən istifadəsinə hər hansı qadağanın qoyulmadığını bildirib.

“İşçilərdən sosial şəbəkələrdə səhifəsi olanlar var və bununla bağlı hər hansı məhdudiyyət mövcud deyil. Nazirliyin özünün də sosial şəbəkələrdə rəsmi səhifəsi mövcuddur”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev etik davranış qaydalarında internetdən yalnız iş məqsədləri üçün istifadənin nəzərdə  tutulduğunu deyib.

“Sosial şəbəkələrdən də yalnız işdə ehtiyac duyulan işçilər istifadə edir. Yəni şəxsi məqsədlər üçün  yox, iş məqsədilə istifadə olunur”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, işçilərə sosial şəbəkələrdən istifadədə hər hansı qadağa qoyulmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov da nazirlikdə işçilərin sosial şəbəkələrdən istifadəsinə hər hansı qadağanın qoyulmadığını bildirib.

“Kim sosial şəbəkədə qeydiyyatdan keçibsə, ondan istifadə də edə, baxa da bilər. Hazırda hər kəs istər öz telefonundan, istərsə də komputerindən sosial şəbəkələrə daxil ola bilər. Bunun üçün hər hansı bir qadağa yoxdur”.

Məsələ ilə bağlı daha bir neçə nazirliyə sorğu göndərsək də, cavab vermək istəmədilər. 



Xəbər 2228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +