Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...


28.04.2025  15:05 

Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh





A+  A-

“Məsud Pezeşkianın Azərbaycana səfəri İranda bir qrup radikal şovinistin at oynatdığı bir dövrdə baş verir. Onların at oynatması İranı coğrafi baxımdan xeyli kiçiltməklə nəticələnə bilər”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

Politoloq qeyd edib ki, M.Pezeşkianın Azərbaycana səfəri bu kontekstdən də İran dövlətçiliyinin ayaq üstə dayanması, şovinistlərin neytrallaşması istiqamətində vacib rol oynaya bilər:

“Səfər iki ölkə arasında münasibətlərin normallaşmasından tutmuş regionun tale yüklü məsələlərinin həllinə qədər təsir edə bilər. Tramp İranın ali rəhbəri və prezidenti ilə birbaşa görüşə hazır olduğunu bildirdi. İran tərəfindən buna reaksiya yoxdur. Ali rəhbər və yaxud M.Pezeşkian Azərbaycan ərazisində Trampla görüşə bilərlər”.

M.Əhmədoğlu qeyd edib ki, indi artıq İranda ali rəhbərin hakimiyyətinə qarşı mübarizə başlayıb:

“İran inqilabının banisi Seyid Ruhulla Xomeyninin nəvəsi Seyid Həsən Xomeyninin Vatikanın İrandakı səfirliyinə gələrək başsağlığı verməsi, yazdığı fikirlər ali rəhbər S.Ə.Xameneinin bu vaxta qədər qurduğu İranın əleyhinə yönəlmişdir. Seyid Həsən Xomeynini həm indiki, həm də keçmiş SEPAH-çılar müdafiə edir”.

Zəhra


Xəbər 1999 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +