Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


25.09.2019  13:57 

İntizam Komissiyasından “Rafael Cəbrayılovun hərəkəti” ilə bağlı AÇIQLAMA





A+  A-

Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev həmkarı Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla borc götürməsi məsələsinin rəhbərlik etdiyi komissiyada baxıla biləcəyini bildirib.
XəzərNews.az-ın məlumatına görə, A. Əbiyev “Qafqazinfo”ya bildirib ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq: “Bundan sonra komissiyanın üzvləri yığışacaq. Məsələyə əgər bizim komissiyada baxılacaqsa, qərar qəbul olunacaq. Sözsüz ki, deputatın etdiyi çox yaxşı iş deyil. Belə etmək olmaz”.

Xatırladaq ki, Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa isə bir neçə gün əvvəl məsələ ilə bağlı saytımıza açıqlamasında deputata töhmət verilə biləcəyini bildirmişdi: "Deputat vəsiqəsi girov sayılmır ki?! Deputat vəqisəsi birinci növbədə, statusu təsdiq edən sənəddir. Bu sənəd də toxunulmazdır, başqasına verilə bilməz. Əgər belə hal varsa, deputata töhmət verilə bilər. Bunu isə ictimai rəy həll edəcək".

Qeyd edək ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər 1904 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +