Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


07.01.2019  17:19 

Vergilər Nazirliyi ödəyicilərə müraciət etdi





A+  A-

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
XəzərNews.az xəbər verir ki, müraciətdə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının köçürüləcəyi hesablarda dəyişiklik olmadığı bildirilib.

Müraciətdə qeyd olunub ki, vergi ödəyicisi tərəfindən səhvən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları vergi və digər büdcə ödənişləri üzrə hesablara köçürüldüyü halda, həmin vəsaitlərin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

"1 yanvar 2019-cu il tarixdən vergi ödəyicisi məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün vəsaitləri qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı üzrə Dövlət Xəzinədarlığı orqanlarında mövcud məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ayırmaları üzrə hesablara köçürülməlidir. Hesablar üzrə məlumatlar taxes.gov.az rəsmi internet səhifəsində yerləşdirilib”.

Vergilər Nazirliyi bəyan edib ki, 01.01.2019-cu il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatlar vergi orqanlarına təqdim edilməlidir.

Hesabatları sərbəst surətdə təqdim etmək imkanına malik olmayan şəxslər isə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 56 ünvanında yerləşən Xidmət Mərkəzinə müvafiq kömək göstərilməsi üçün müraciət edə bilərlər.

Xəbər 1462 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +