Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


04.12.2017  11:38 

Füzulidə gənclərə hərbi vətənpərvərlik tərbiyəsi aşılanıb - Fotolar





A+  A-

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev , Təhsil, Səhiyyə, Mədəniyyət sahələrində çalışan gənclər , orta məktəblərin yuxarı sinif şagirdləri , “N” saylı hərbi hissənin əsgərləri , Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak ediblər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb. Alı Alıyev bildirib ki, Respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ciddi işlər görülür. Orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil olunur. Heydər Əliyev Mərkəzində şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu barədə məlumat verilir. Alı Alıyev qeyd edib ki, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin nəticəsidir ki, Füzuli rayonunda həqiqi hərbi xidmətə çağırış yüksək səviyyədə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, hərbidən yayınma və fərarilik halları mövcud deyil. Alı Alıyev gənclərə ölkəmizi sevməyi , vətənin adını daim uca tutmağı, vətənpərvər gənclər kimi yetişməyi tövsiyyə edib. Digər çıxış edənlər rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında görülən işlərdən , həyata keçirilən tədbirlərdən danışmışlar. Sonda bir qrup gəncə fəxri fərmanlar təqdim edilib.











Xəbər 1436 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +