Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


02.02.2022  22:35 

Bakıda avtobus sürücüsü döyüldü





A+  A-

Bakıda avtobus sürücüsü döyülüb.

XəzərNews.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə anı avtobusdakı təhlükəsizlik kamerasına düşüb.

Hadisə ötən gecə, Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş verib.

113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü 36 yaşlı Mehran Gülməmmədov son dayanacaqda mübahisə etdiyi şəxs tərəfindən döyüldüyünü iddia edir.

Xəstəxanaya aparılan sürücüyə burun sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatından danışan Mehran Gülməmmədovun sözlərinə görə, onu döyən şəxs sərnişin yox, yoldan keçən piyada olub.
Mübahisə bundan sonra da davam edib. Son dayanacağa çatan sürücü həmin şəxsin orada olduğunu görüb.

Xəstəxanaya aparılan sürücü burnundan əməliyyat olub, hazırda onun ev şəraitində müalicəsi davam edir. Sərnişin avtobusunun aid olduğu daşıyıcı şirkətdən isə bildirilib ki, fakt hazırda polis tərəfindən araşdırılır.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həm sürücü, həm də həmin şəxs polis şöbəsinə dəvət edilib. Onların izahatları alınıb. Hadisənin təfərrüatı şöbədə aparılan araşdırmadan sonra bəlli olacaq və ona hüquqi qiymət veriləcək.

Xəbər 2249 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +