Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


19.01.2022  20:00 

20 Yanvar şəhidləri anıldı - Fotolar





A+  A-

Azərbaycan Mədəniyyəti Sosial Platforması və Sabunçu rayonu Gənclər Evi 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər.

XəzərNews.az xəbər verir ki, anım tədbirində Millət vəkilləri, iş adamları, ictimaiyyət nümayəndələri, gənclər təşkilatları, KİV və QHT rəhbərləri iştirak ediblər.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunan video-çarx nümayiş olunub.

Tədbirin aparıcısı Fidan Oruc Əliyeva qeyd edib ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır və Azərbaycan xalqı 20 Yanvar faciəsinin 32-ci ildönümünü andığı bu günlərdə ötən illər ərzində ilk dəfədir ki, Şəhidlər Xiyabanına başıuca və qürurla gedir:

"Vətən müharibəsində Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı".

Sabunçu rayonu Gənclər Evinin direktoru Samir Mehrəliyev bildirdib ki, ötən müddətdə Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı qəhrəman, döyüşkən və fədakar gənclər formalaşıb:

"Biz Prezidentimiz, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik".

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu dəhşətli faciədən 32 il ötsə də baş verənlər unudulmur:

"Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq".

Millət vəkili Vüqar İsgəndərov bildirib ki, yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə kompleksini yüz minlərlə insan ziyarət edir:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir".

Tarixçi Rasim Rzaxanov çıxış edərək bildirib ki, bu gün bizim üçün həm hüznlü, həm də şərəfli gündür:

"29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdi. Şəhidlər xiyabanı ölümün gözünə dik
baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar".

Tədbirdə Uşaq İnkişa Mərkəzinin rəhbəri Aynur Musayeva çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ilə Azərbaycan xalqı mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzin direktoru Vüsalə Əmiraslanova bildirib ki, ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi Azərbaycan tarixinə və xalqımızın yaddaşına daimi yaşayacaq.

Qazilər Kənan Qasımov, Süpay Məmmədov çıxışlarında 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırladılar.








Xəbər 2910 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +