Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


30.09.2020  22:03 

DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi





A+  A-

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.
XəzərNews.az Dövlət Təhlükəsizlik Xidmətinin saytına istinadən xəbər verir ki, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər 3148 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +