Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


10.07.2017  09:54 

Qadını xilas edərkən huşunu itirən polisdən xəbər var





A+  A-

Ötən həftə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada iki qadının həyatını xilas edən polisdən xəbər var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az-a bildirilib ki, polis kiçik serjantı Əkrəm Dərxot hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilib. O A. Heydərəov adına Respublika Hospitalında bir gecə qalıb. Səhəri gün isə öz xahişi ilə yenidən Post Patrul Xidmətində işini davam etdirib. Səhhəti yaxşıdır.

Xatırladaq ki, Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.

Xəbər 2133 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +