İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev
İran Təl-Əvivdə “Mossad“ın binasının vurub
Azərbaycanı hədələyən azərbaycanlılar İrandan qaçıb
Bakının bir çox ərazilərində su yoxdur
İran İsrailə kütləvi ballistik raketlər atdı
Rusiya Kiyevi vurdu: 14 nəfər həlak olub
Tramp: Hamı Tehranı dərhal boşaltmalıdır
SEPAH generalı Əli Şadmani öldürülüb


05.06.2025  19:08 

Vidadi və İlahi İllüziya: Peyğəmbərdən Akulaya, oradan da Zəbaniliyə





A+  A-

Sosial mediada yeni bir “müqəddəs serial” başlayıb – baş rolda Vidadi. Sifətində mistik aura yox, dərin batıqlıq, gözlərində nur yox, qaranlıq quyular var. Danışığında hikmət yox, psixoloji vibrasiya hiss olunur. Bütün bunların üstündən bir də başında mavi çalma bənzəri bir parça var ki, sanki göylərlə əlaqə kabeli imiş... amma naqil çoxdan kəsilib. Vidadi bir gün peyğəmbərdir. Ertəsi gün mavi balina. Bir də baxırsan ki, mavi akuladır. Sabahı, yəqin, “Allahın xüsusi göndərilmiş kosmik meduzası” olacaq. O qədər kimlik dəyişir ki, bəzən insan ona baxıb deyir: “Qardaş, sən vəhydənsə çox, Wi-Fi dalğasındasan”.

Gözlərinə baxanda adamın qanı soyuyur — sanki cəhənnəmdən qaçıb gəlmiş bir zəbanidir. Baxışları birbaşa şübhə və qorxunun içindən keçir. Elə bil sənə baxmır, içindən keçib ora — haradansa gəldiyi qaranlığa qayıtmaq istəyir.

Üzü isə sanki şeytanın əli ilə yoğrulmuş, sonra da qəzəbli bir mələyin balyozla döyəcləyib batırdığı gilli maskanı xatırladır. Elə bir yastılanma var ki, sanki bu sifət illərlə günah dolu yalanların altında əzilib, nəinki ilahi nurdan, hətta təbii gün işığından da uzaq qalıb.

İzləyicilər sosial şəbəkələrdə donub qalıb: biri onun “gözlərində həqiqət” axtarır, o biri “gəlmişdi, amma biz başa düşmədik” deyir. Halbuki o gözlərə bir dəfə baxmaq kifayətdir ki, adamın beyni yuxu rejiminə keçsin. Elə bil ki, Vidadiyə baxan insanın zehninə sistem səhvi düşür: “Error 666 – ilahi bağlantı tapılmadı.”

Vidadi üçün peyğəmbərlik bir missiya deyil, özünü məşhurlaşdırma yolu, bəlkə də içindəki boşluğu doldurmaq cəhdi. Və bunu Facebook şoularına, TikTok “müqəddəs məsləhətlərinə” və absurd çıxışlara çevirərək edir. Onun sözləri ilə “ilahi vəhy” arasında fərq o qədər böyükdür ki, dinləyən ya gülür, ya qorxur, ya da sadəcə blok edir.

Bəli, Vidadi sadəcə bir zarafat deyil. O, cəmiyyətin dini savadsızlıqdan və ruhani boşluqdan nə qədər asanlıqla manipulyasiya oluna bildiyinin canlı sübutudur. Dinə, inanca, hətta Allaha olan hörməti gözdən salmaq üçün peyğəmbərlik oynayan bir aktyor. Və bu aktyorun səhnəsi bizim evimizə qədər uzanan telefondur.

İndi isə sual budur: sabah nə olacaq? “Mavi mələk”? “Göydən enmiş dəniz fənəri”? Yoxsa “Sonuncu mesaj da məndən gəldi” deyib, kainatı bağlayacaq?

Bircə onu bilirik: bu serialın axırı yoxdur. Amma inananlar azaldıqca, yalançılar da ekrandan yavaş-yavaş yox olmağa başlayacaq.

Çünki həqiqət qışqırmır. Həqiqət, sadəcə gəlir və qalır. Amma saxta peyğəmbərlər qışqırar, gələr... və gedər.

Rövşən Ziya Vəziroğlu

Xəbər 1314 dəfə oxunub.




16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +