Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


28.04.2025  17:31 

Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə





A+  A-

Bir neçə gün öncə ATV-də yayımlanan “Rəngarəng” verilişinin qonağı olan gənc ifaçı Zəhra Muradovanın efirdə canlı ifası ciddi müzakirələrə səbəb olub. Belə ki, çıxışı gözlənilən səviyyədə olmadığından aparıcı onun ifasını yarımçıq dayandırıb.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisədən sonra müğənni Sevinc Sarıyeva tələbəsi Zəhra Muradova haqqında sərt açıqlama verib.

“Mənim yanıma gəlirdi. Hələ ona “tələbəm” demirəm, çünki yanımda bir ayı belə tamam olmayıb. Yaxşı, çalışqan qızdır, dedim ki, maşallah, oxuyacaq. Amma baxıram, çıxıb Zaurun efirinə. O dəqiqə efirə zəng vurdum. Mən ona irad tutdum. Gözəl qızdır, efirə yaraşır. Ancaq gözəllik o demək deyil ki, çıxıb oxumalısan. Əvvəl bir müddət hazırlıq keçməli, sonra efirə çıxmalı idi. Belə olmaz”, - deyə müğənni bildirib.

Məsələ ilə bağlı verilişin digər qonağı Xalq artisti Zabit Nəbizadə açıqlamasında bildirib ki, ifaçıda günah görmür: “Mən o uşağı qınamıram. Ağır, çətin sənətdir. Həyəcandan da ola bilər. Onun hərəkətləri sənətindən super idi, 20 ilin oxuyanı oxuyanda o hərəkətləri, o ritmi tuta bilmir. Daxili ritmi var bu adamın, amma tonallığı bilmir, oxuyan deyil. Əslində səsi var, amma oxumaq asan bir şey deyil. Mən Zaura elə orada dedim ki, sən niyə bu uşağı belə sındırırsan? Canlı oxumaq lazımdırsa, çağır, tələbələrim gəlib oxusun. Onlar hər gün dərsdədir. Məktəb almaq başqa şeydir.

Mən vallah onda günah görmürəm. Sevinc Sarıyeva zəng vurub efirə dedi ki, məndən icazə almayıb gedib. İndi dedi də, o da özünü sığortalayırdı... Səndən niyə icazə almalıdır, valideyni deyilsən... Pulu var, verib çıxıb da yəqin. Fikrimcə, onu efirə çağıran adamın başı düzgün işləsəydi, mənim yanıma çağırmazdı. Özü də mənə demişdilər ki, sənə layiq sənətçilər çağırılacaq. Mən özüm orada dillənmədim. Mənim yerimə kim olsaydı, bəlkə də çıxıb gedərdi ki, bunlar kimdir ki, mənimlə efirə çağırmısan? Zauru çəkib qırağa dedim ki, sənə lazım idi bu? Öz efirini də gözdən salırsan”.

Qeyd edək ki, proqramda qonaq olan gənc müğənni Zəhra Muradovadan canlı oxuması istənilib. Bu zaman o, musiqiçilərin müşayiəti ilə oxumağa cəhd edib. Lakin onun səsi olmadığından ifası aparıcı Zaur Nəbioğlu tərəfindən yarımçıq kəsilib. Bu zaman Zəhra ilk dəfə efirə çıxdığı üçün həyəcanlı olduğunu və bu səbəbdən yaxşı oxuya bilmədiyini bildirib. Həmçinin bu sənətə yeni başladığını, 3 ay əvvəl isə paytaxtdakı salonların birində dırnaq ustası kimi fəaliyyət göstərdiyini söyləyib.



Xəbər 2163 dəfə oxunub.




14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +