Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


19.12.2023  10:23 

Əliyev Qarabağa nail oldu və... - İskəndəryan





A+  A-

Ermənistanla münasibətlərdə Azərbaycan üçün vəziyyət heç vaxt dayanəqlı olmayıb. Bakının Ermənistan və Qarabağa qarşı tələbləri həmişə dəyişib.

Xəzərnews.az xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İskəndəryan NEWS.am-ın “Güc faktoru” verilişində deyib.

O xatırladıb ki, əvvəlcə tələblər Qarabağ ətrafındakı ərazilərə aid olub, Ermənistana dəhlizdən və onların sayından da danışıblar.

“2020-ci il müharibəsindən sonra biz artıq Laçın dəhlizinin necə işləyəcəyi və sair barədə danışırdıq. Və sonuncu dəfə Ermənistan ordusunun əsgəri cəmi bir neçə gün əvvəl öldürülüb. İştah yeməklə gəlir, Bakının mövqeləri dəyişir. Əliyev Qarabağa nail oldu və o, imkan daxilində mövqelərini gücləndirməyə çalışacaq. Ermənistana təzyiq təkcə hansısa məqsədlərə çatmaq vasitəsi deyil, həm də Azərbaycanın müstəqil məqsədidir”, - ekspert vurğulayıb.

Xəbər 1814 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +