Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə


21.06.2022  12:45 

Həbs xəbəri yayılan GENERAL danışdı





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin dünən keçirdiyi əməliyyat zamanı saxlanıldığı bildirilən Dövlət Gömrük Komitəsinin sədr müavini general İqbal Babayev yayılan şayiələrə münasibət bildirib.

XəzərNews.az xəbər ki, Bakupost.az -a danışan general buna görə təəssüfləndiyini deyib: “Yaxşı olar ki, belə informasiyaları yayarkən diqqətli olsunlar. Bu cür yalan xəbər yaymaqla özlərini hörmətdən salmasınlar. Media nümayəndələrinə təşəkkür edirəm ki, bu məsələlərə həssaslıqla yanaşdılar və yayılan şayiəni tirajlamadılar”.

İ.Babayev hazırda işinin başında olduğunu qeyd edib:

“Mən həmişə dövlətə və dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm. Heç vaxt adımın hansısa neqativ məsələlərdə hallanmağına imkan verməmişəm və verməyəcəyəm. Hazırda işimin başındayam. İnnovasiya layihələrinin tətbiqi və idarə olunması, bu sahədə elmi yanaşmalardan istifadə edilməsi mənim peşəmdir və hazırda bu sahədə dövlətim, vətənim üçün çalışıram, nəticələri ilə də fəxr edirəm. Mən başa düşürəm ki, innovativ layihələr həmişə narahatlıq yaradır, amma geriyə yol yoxdur.

Sonda bir məqamı qeyd etmək istərdim: istənilən sahədə peşəkarlıq insanı ucaldır, gücləndirir və özünü daha da güvənli hiss etdirir. İstər bu sahə olsun, istər jurnalistika, elm, yaxud mühəndislik, fərqi yoxdur. Bütün sahələrin mütəxəssislərinə tövsiyəm odur ki, peşəkarlıqları istiqamətində öz üzərlərində işləsinlər”.


Xəbər 1484 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +