1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?


01.10.2021  19:40 

Sabir Rüstəmxanlı seçicilərlə görüşüb - Neftçalada





A+  A-

Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı 27 sentyabr Anım Günü Neftçalada keçirilən tədbirlərdə iştirak edib.

XəzərNews xəbər verir ki, S.Rüstəmxanlı anım günündə Neftçala rayonunda Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri ilə görüşüb, Şəhidlər Xiyabanını ziyarət edib.

Rayon rəhbərliyinin də qatıldığı tədbirdə çıxış edən millət vəkili Azərbaycan xalqının Vətən Müharibəsində göstərdiyi şücaətdən söz açıb, Neftçala rayonunun bu prosesdə xüsusi rolundan danışıb.



S.Rüstəmxanlı Neftçalada həmçinin seçicilərlə görüşüb. Xol Qaraqışlaq və Qırmızıkənddə olan millət vəkili əvvəlcə kənd şəhidlər xiyabanında olub, sonra seçiciləri qəbul edib.



Görüşdə seçicilərin problemləri dinlənilib, kəndlərdə yaşanan ümumi çətinliklər öyrənilib. S.Rüstəmxanlı bəzi məsələləri yerindəcə müvafiq icra qurumlarının diqqətinə çatdıraraq həll edib, yol, elektrik enerjisi, örüş yerləri kimi ümumi problemləri lazımi oqanlar qarşısında qaldıracağına söz verib.



Xəbər 2658 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +