Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


20.02.2021  14:18 

“Türkiyənin belə bir hədəf axtardığını düşünmürəm” - Lavrov





A+  A-

“Tarixi mənada fövqəlmilli bir varlıq kimi “Böyük Turan”dan danışırıqsa, Türkiyənin belə bir hədəf axtardığını düşünmürəm. SSRİ-nin bir hissəsi olmuş və müstəqil dövlətlərə çevrilmiş ölkələrin bu fikri necə dəstəkləyə biləcəyini başa düşmürəm”.
XəzərNews.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bunu RBC TV-yə verdiyi müsahibəsində deyib. O, Türkiyənin belə bir məqsəd güddüyünə inanmadığını bəyan edib.

Onun fikrincə, bu fonda Azərbaycan kimi ölkələrin xarici siyasətinin mahiyyəti milli dövlətlərini gücləndirməyə əsaslanır.

Lavrov Türkiyə ilə bir sıra Orta Asiya ölkələri arasındakı mövcud əlaqələri də şərh edib.

“Bir neçə respublikamız təmaslarda maraqlıdır. Orada xüsusi layihələri təşviq edirlər. TÜRKSOY adlı türk mədəniyyətinə aid beynəlxalq bir təşkilat var. Həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi bir quruluş da mövcuddur. Bunların hamısı artıq uzun müddətdir fəaliyyət göstərir. Onların öz planları var, tədbirlər keçirirlər”,-deyə Lavrov əlavə edib.

Lavrovun sözlərinə görə, bu fəaliyyətlər mədəni, dil və təhsil ənənələrindən qaynaqlanır.

Xəbər 1948 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +