Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


17.02.2021  16:49 

Xatirə efirə çıxması üçün proqramlardan pul tələb edir





A+  A-

“Azərbaycanda bütün verilişlərin sponsoru olduğu üçün bu qərarı verdim. Bir proqramı pulla təmin edən qurum mövcuddursa, elə o məbləğdən müğənniyə də ödəniş ayrıla bilər. Necə ki, o sponsorlar vasitəsilə aparıcı, redaktor, operator və digər əməkdaşlar maaş alır, orada olan müğənni də 5 manat pul qazanmalıdır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam mətbuata yaydığı açıqlamasında bildirib. Sənətçi artıq televiziya kanallarında yayımlanan bütün sponsorlu verilişlərə ödəniş əsasında çıxacağını qeyd edib:

“Xüsusi vurğulamaq istəyirəm ki, bütün kanalların rəhbərləri, əməkdaşları, aparıcıları: hər biri dostumdur, gözümün işığıdır və mənim ürəyimə çox yaxın insanlardır. Ancaq iş ayrı, dostluq ayrı. Dünyanın hər bir ölkəsində efirə çıxan müğənniyə qonorar ayrılır. Azərbaycanda da bu yolda ilk addımı mən atmaq istəyirəm. Ola bilər, bu addımım yaxşı qarşılanmasın, kimsə incisin. Amma burada inciməli heç nə yoxdur. Bu, sadəcə mənim işə yanaşma prinsipim, istəyimdir”.



Xəbər 2503 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +