Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə


02.09.2020  14:21 

Tofiq Yaqubluya hökm sabah oxunacaq





A+  A-

Sabah Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqubluya hökm oxunacaq.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu gün Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə növbəti iclas keçirilib. Prosesdə müdafiə tərəfinin çıxışları dinlənilib. Sabah saat 11-də T.Yaqubluya hökm oxunacaq.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək T.Yaqublunun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, işə sədrlik edən hakim N.Mehdiyev son günlər karantində nəvəsinə toy etməsi ilə gündəmə gələn AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur.

Xəbər 1917 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +