Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə


02.09.2020  08:46 

Kəklikotunun faydaları - Güclü ağrıkəsicidir





A+  A-

Dağlıq və dağətəyi rayonlarında yetişən kəklikotunun yaşıl yerüstü hissəsi bitki çiçəkləyəndə və ya ondan əvvəl yığılır.
XəzərNews.az xəbər verir ki, kəklikotu sinir sisteminə çox müsbət təsir edir, beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. Başağrıları zamanı yeni dəmlənmiş kəklikotulu çay içmək məsləhətdir. Bu zaman həm də xroniki yorğunluq aradan qalxır, yuxu bərpa olunur. Kəklikotu yaddaşı gücləndirir. Onun qəbulu immun sistemi üçün də çox xeyirlidir.

Kəklikotu həm də güclü ağrıkəsicidir, antibakterial və antiseptik təsirə malikdir, onun köməyi ilə başağrısı və bağırsaq spazmını aradan qaldırmaq olar. Kəklikotu dəmləməsi ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara üçün istifadə olunur. Kəklikotu bəlğəmgətirici xüsusiyyətə malik olduğuna görə respirator xəstəlikləri zamanı da geniş istifadə olunur. Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmləri yox edir, qurdqovucu təsir göstərir. Kəklikotu yağı isə güclü yara sağaldan xüsusiyyətə malikdir.

Yanıqlar, xoralar və donvurma zamanı kəklikotu yağından istifadə olunur. Hamilə qadınların kəklikotudan istifadə etməsi məsləhət görülmür.

Xəbər 1909 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +