Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi


05.07.2019  17:45 

“Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu





A+  A-

Gənclərin intelletual inkişafına xüsusi diqqət ayıran “Nar” mobil operatoronun dəstəyilə baş tutan “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümü başa çatıb. Final mərhələsində “Lerik” və “Gəncə” komandaları da yarışsa da, qalib adı uğrunda mübarizədə “Kapital Bank” və “Nar” komandaları qarşılaşıblar. Yüksək xal fərqi ilə qalib gələn “Nar” komandası “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün çempionu adına layiq görülüb. Qeyd edək ki, “Azerfon” şirkətinin Baş İcraçı Direktoru Gunnar Pahnke qalib komandanı qəbul edərək onları təbrik edib və bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib.
XəzərNews.az xəbər verir ki, yarışma dövrü boyu komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu “Nar”-ın “Facebook” səhifəsində xüsusi müsabiqə keçirilib. İyun ayında “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilərin adları isə artıq məlumdur: Mehralı Üzeyir, Şirinzadə Vüqar, Mahmudov Ramin, Həsənov Emin və Ağazadə Anar.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından və https://nar.az/ saytından əldə etmək mümkündür.

Xəbər 1427 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +