Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə


04.05.2018  09:17 

İcra hakimiyyəti orqanlarının bu səlahiyyəti ləğv edildi





A+  A-

Nazirlər Kabineti “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişiklik edib.
XəzərNews.az-ın məlumatına gör, indiyə qədər qüvvədə olan Qaydaya əsasən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin, yerli icra hakimiyyəti orqanlarının və Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçirilib.

Dəyişikliyə əsasən yerli icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyəti ləğv edilib. Başqa sözlə, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin və Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçiriləcək.

İndiyə qədər Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş, habelə avtomobil yolları və yol qurğuları mülkiyyətçilərinin kommunikasiyaların çəkilməsi ilə bağlı verdikləri icazə halları istisna olmaqla, bu işlər Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müəyyən edilmiş qaydada müvafiq yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında yerinə yetirilib. Bundan sonra isə Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu işlər Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetiriləcək.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin tikintisinə icazə tələb olunmur. Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla dedikdə də məhz bu hal nəzərdə tutulur.

Xəbər 1400 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +