Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


25.04.2018  17:32 

Yerevanın mərkəzinə zirehli texnika yeridildi





A+  A-

Yerevandakı etirazçılar şəhər mərkəzini tamamilə tutublar, bununla yanaşı ölkənin ikinci böyük şəhəri Gümrü də daxil olmaqla digər şəhərlərdə də mitinqlər davam edir.
XəzərNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakim partiyanın müdafiəsinə çoxlu sayda polis, 2 Piyada Döyüş Maşını və avtomatlı hərbçilər də cəlb olunub.

Etirazçılar Hökumət binasının yerləşdiyi Respublika meydanını doldurublar. Həmçinin, digər qruplar şəhər küçələrində yürüşlər keçirirlər. Yollarda hərəkət çətinləşib, lakin sürücülər mitinq iştirakçılarını dəstəkləyirlər. Hökumət binası polis kordonuna alınıb. Binanın müdafiəsinə əli avtomatlı şəxslər cəlb olunub.

Hakim “Respublikaçılar” partiyasının ofisinə çoxlu sayda polis və zirehli texnika cəlb olunub. Həmçinin əraziyə çox sayda avtobus da gətirilib.

Etirazçılarla polis arasında hələki toqquşmalar qeydə alınmayıb. Müxalifət nümayəndələri polislərlə danışıqlar aparır.

Xəbər 1970 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +