Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi


04.10.2017  19:23 

Bakıda yollarda vəziyyət necədir?





A+  A-

Faktiki hava şəraiti ilə bağlı Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
XəzərNews.az xəbər verir ki, idarənin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, bu cür hava şəraiti ilə əlaqədar sürücülər həddindən artıq diqqətli olmalıdırlar.

O deyib ki, faktiki hava şəraiti ilə əlaqədar bu gün səhər saatlarında paytaxtın bir sıra küçələrində avtomobillərin hərəkətində maneələr yaranıb ki, bu da sıxlıqla nəticələnib: "Hava şəraiti ilə bağlı yollarda avtomobillərin hərəkətində problemlər yaransa da, yol polislərinin səyi nəticəsində hərəkət tənzimlənib. Yol polisləri hazırda yollarda fasiləsiz xidmət aparır, hərəkətin normal olmasına çalışırlar".

V.Əsədov qeyd edib ki, hazırda paytaxtın Nizami rayonunda, M.Abbasov küçəsində yolun çökməsilə əlaqədar yol bağlanıb və avtomobil sürücülərindən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər: "Daha bir problemli yol isə Rəsulzadə qəsəbəsindən Binəqədi istiqamətinə gedən yoldur. Həmin yolda təmir işlərinin aparılması, kommunikasiya xətlərinin çəkilməsi prosesinə hazırlıq gedir. Ona görə də, sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər".

Xəbər 1791 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +