Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


31.08.2017  15:09 

Kürəkən generalın maşınlarının təkərlərini deşdi - Bakıda





A+  A-

Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.
Bu haqda maşınların sahibi Etibar Hüseynov adlı şəxs polisə müraciət edib. O bildirib ki, ötən gün günorta saatlarında qızının həyat yoldaşı, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlu ona məxsus olan Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub. Bu zaman o idarə etdiyi “Hundai” markalı maşınla həyətin darvazasını qırıb. Daha sonra həyətdəki E. Hüseynova məxsus olan 90 FH 018 nömrəli BMW, 90 FG 494 nömrəli “Toyota” və 90 VX 949 nömrəli “Mercedess Galendevagen” markalı maşınların təkərlərini bıçaqla deşib.

Xəbərdə bildirilir ki, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, E. Hüseynovun qızı boşanmaq istəsə də həyat yoldaşı buna razı olmayıb və bu hadisəni törədib.

***

Məlumata görə, E. Hüseynov general-mayor rütbəsinə sahibdir və hüquq – mühafizə orqanlarında yüksək vəzifə tutub. Eyni zamanda, o, Azərbaycanın keçmiş hərbi komissarı, Milli Məclisin deputatı, general-leytenant Əliağa Hüseynovun əmisi oğludur.

E. Hüseynovun qızı hazırda insident yaşadığı kürəkəni ilə ötən il ailə qurub.

(qafqazinfo.az)

Xəbər 1340 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +