Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


15.05.2017  09:46 

ÜAK-ın ləğv tələbi kimin təxribatıdır?





A+  A-

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi barədə bu ölkənin Ali Məhkəməsi qarşısında iddia qaldırması anlaşılmaz addımdır.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, bu addım Rusiya-Azərbaycan strateji tərəfdaşlığının yüksələn xətlə inkişafına kölgə salır:

"İki ölkə arasında münasibətlər çox parametrlərlə inkişaf etməkdədir. Fundamental məsələlərdə Azərbaycanla Rusiyanın mövqeyi üst-üstə düşür. Bəzi ölkələrin, xüsusən də Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycan heç vaxt qoşulmayıb. Hətta həmin ölkələr tərəfindən Azərbaycana bununla bağlı təzyiqlər də edilib. Amma buna baxmayaraq, Azərbaycan heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayıb".

Deputat həmçinin qeyd edib ki, Rusiyada müəyyən siyasi dairələrin, ermənipərəst qüvvələrin məqsədi Bakı ilə Moskva arasındakı inkişafda olan münasibətlərə xələl gətirmək, iki dövlətin münasibətlərini korlamaqdır: "ÜAK hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına tövhə verib, iki dövlətin xalqları, vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin inkişafına yardım edib. Rusiya Ədliyyə Nazirliyinin bu konqresin ləğv edilməsi üçün qaldırdığı iddia Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb. Bu cür antiazərbaycan dairələrin, ermənipərəst qüvvələrin niyyətinin həyata keçməsinə imkan vermək olmaz. İnanırıq ki, Rusiya rəhbərliyi bu məsələyə obyektiv müdaxilə edəcək və antiazərbaycan dairələrin bu niyyəti baş tutmayacaq".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Xəbər 1735 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +