Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


16.10.2020  11:26 

“İnanmaq istəyirik ki, iki həftəyə yayılmanı azalda bilərik”





A+  A-

“Son günlərdə koronavirusa yoluxma halının sürətlə artmasını və ölkədəki hərbi vəziyyəti də nəzərə almaqla müvafiq qərar verilib”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, yoluxma sayının artması təhsil müəssisələrində artıma təkan verə bilər: “Bunu nəzərə alaraq iki həftəlik müddətə ölkə ərazisində bütün məktəblərdə tətil elan olunub. İnanmaq istəyirik ki, iki həftə ərzində virusun yayılmasını azalda bilərik.

Sentyabrın 27-dən qonşu Ermənistanın təcavüzü nəticəsində həm təhsil müəssisələri, həm də mülki əhaliyə qarşı raket hücumu həyata keçirilib, cəbhədə 40-a qədər məktəbə ziyan dəyib. 1221 təhsil müəssisəsi bu səbəbdən distant təhsilə keçib”.

Emin Əmrullayev bildirib ki, payızın gəlməsi ilə bağlı yoluxmanın artması qaçılmaz idi: “Sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəb bağlanmışdı, amma son günlər hər gün 10-15 məktəbi bağlamağa məcbur olurduq.

İnanmaq istəyirəm ki, cəmiyyətin davranışları nəticəsində virusun yayılma zənciri qırılacaq və noyabrın 2-dən etibarən dərslərə davam edəcəyik”.

Xəbər 3062 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +