Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


06.07.2019  14:07 

Sabah 30 dərəcə isti olacaq





A+  A-

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 20-23° isti, gündüz 26-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək.

Xəbər 1720 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +