Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


30.04.2018  09:05 

Bələdiyyələrin də məktəbi olacaq





A+  A-

“Bələdiyyə məktəblərinin fəaliyyəti ilə bağlı vəziyyətin öyrənilməsi üçün dünya təcrübəsi ilə tanış olmuşam. Bir çox Avropa ölkələrində bələdiyyə məktəbləri demək olar ki, yoxdur. Hətta bir müddət əvvəl bələdiyyə məktəbləri açmış bəzi Avropa ölkələri də daha sonra onların fəaliyyətini ya dayandırıb, ya da bələdiyyə məktəbləri dövlət, yaxud özəl sektora təhvil verilib”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil kiomitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda bələdiyyə məktəblərinin yaradılması ilə bağlı qanunvericiliyə hər hansı dəyişikliyin edilməsinə zərurətin olub-olmamasına münasibət bildirərkən deyib.

İ.Həbibbəylinin sözlərinə görə, bələdiyyə məktəblərinin bağlanmasının əsas səbəbi dövlət və özəl sektorun arasında olan bu təhsil müəssisələrinin normal inkişaf edə bilməməsidir. Akademik qeyd edib ki, dünya təcrübəsi də bələdiyyə orta məktəblərinin arzuolunan nəticələrə və imkanlara malik olmadığını bir daha göstərir:

“Ona görə də özünü doğruldan təhsil dövlət təhsilidir. Bütün dünyada orta ümumtəhsil dövlət tərəfindən təşkil edilir. Amma özəl sektorun da burada rolu var və o, inkişaf etməkdədir”.

İ.Həbibbəyli Azərbaycanda bələdiyyə təhsil müəssisələrinin yaradılmasına imkan verən “Təhsil haqqında” qanundan bələdiyyə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı bəndin çıxarılmasına ehtiyacın olub-olmamasına da münasibət bildirib:

“Qanundan bələdiyyə təhsil müəssisələrinin yaradılmasına imkan verən bəndin çıxarılmasına ehtiyac yoxdur. Biz bu bəndi çıxarmayacağıq və bələdiyyə məktəblərinin yaradılması üçün məhdudiyyət qoymayacağıq”.

Qeyd edək ki, təhsil haqqında qanuna əsasən Аzərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələri fəaliyyət göstərə bilər. Lakin Azərbaycanda indiyədək bələdiyyə təhsil müəssisələri yaradılmayıb.

Xəbər 1217 dəfə oxunub.



12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +