11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir


22.07.2020  14:21 

Azərbaycan millisində oynamaq istəmədi





A+  A-

Almaniyanın "Darmstadt 98" klubunun türk futbolçusu Sərdar Dursun Azərbaycan millisinin transfer təklifini qəbul etməyib.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən mövsüm 19 qol və 7 assistə imza atan perspektivli futbolçu bir sıra klubların və yığmaların diqqətini cəlb edib. O, Almaniya Bundesliqası və Türkiyə Super Liqasının bir neçə klubundan, həmçinin Çin və Azərbaycan millilərindən də təklif aldığını bildirib.

"Azərbaycan millisindən təklif aldım. Görüşdük. Milli komandalarında məni görmək istədiklərini söylədilər, ancaq mən Türkiyə yığmasında oynamaq istədiyimi bildirdim",-deyə futbolçu qeyd edib.

Klublardan gələn təkliflərə gəlincə isə futbolçu hazırda karyerasını Bundesliqada davam etdirmək istədiyini bildirib.

Xəbər 1827 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +