Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


31.08.2023  14:47 

Hikmət Hacıyev Ağdam görüşü ilə bağlı açıqlama verdi





A+  A-

“Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin. Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var. Qarabağdakı erməni sakinlərin nümayəndələri Ağdamda görüşdən də imtina etmişdilər”.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

“Ona görə də dialoqdan, təmaslardan imtina edilməsi, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür. Təkrar qeyd etmək istəyirəm ki, bunun məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki burada Ermənistanın da bilavasitə məsuliyyəti var. Ermənistan özünü bu məsuliyyətdən gizlədə bilməz. Qondarma rejimin bu gün saxlanılması Ermənistanın dövlət büdcəsi vasitəsilə həyata keçirilir.

Bu məqsədlərlə 360 milyon dollardan artıq vəsait xərclənir. Ermənistan Silahlı Qüvvələrinin elementləri hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirir. Həmçinin, qondarma rejimin də silahlı qüvvələrinin həmin ərazidə mövcudluğu var. Bu da regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq almaqdadır. Onlar hələ də ərazilərin minalanması prosesini davam etdirirlər, bunlar da Azərbaycan üçün qəbuledilməz faktlardır. Ermənistanın bu kimi əməllər Azərbaycanın daxili işlərinə qarışmaq və regional sülh və təhlükəsizliyi pozmaq, həmçinin iki ölkə arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə çox ciddi bir zərbədir”, - o əlavə edib.



Xəbər 1331 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +