Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


14.10.2023  15:20 

Fuad Nağıyev Batuhan Mumcu ilə görüşdü





A+  A-

Türkiyə Mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu Bakıda Azərbaycan Dövlət Turizm Agentliyinin prezidenti Fuad Nağıyevlə görüşüb.

Xəzərnews.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Mumcu III Qorkut Ata Türk Dünyası Filmləri Festivalının bağlanış mərasimində iştirak etmək üçün getdiyi Azərbaycanda bir sıra görüşlər keçirib.

Mumcu əvvəlcə Azərbaycan Turizm Agentliyinin prezidenti Fuad Nağıyevlə görüşüb. Türkiyə Turizmi Təbliğat və İnkişaf Agentliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyinin birgə həyata keçirə biləcəyi fəaliyyətlər barədə fikir mübadiləsinin aparıldığı görüşdə bu çərçivədə aparılacaq işlərin iki ölkə arasında mədəni əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Görüşdən sonra Mumcu Türkiyənin Azərbaycanın paytaxtı Bakıdakı səfirliyində olub.

Mumcu təmaslarından sonra onu müşayiət edən heyətlə Bakı Türk Şəhidliyinə gedib və şəhidlərin məzarları üzərinə tər qərənfillər qoyub.

Nazir müavini Mumcu sosial şəbəkədəki paylaşımında belə yazıb:

“Bakı Türk Şəhidlik məzarlığını ziyarət etdik. Mübarizə ruhla olur. Azərbaycanın müstəqilliyi üçün ruhu ilə mübarizə aparan Qafqaz İslam Ordusunun şəhidlərini rəhmətlə yad edirik. Azərbaycan".

Xəbər 1316 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +