Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır
Bank kartlarından 4 min manatdan çox pul oğurlandı
Anar Cəbrayıllı xidmət rəisi təyin edilib
MAXE intihar etdi


07.02.2020  09:54 

Azərbaycanda xərçəngə qarşı bitki aşkarlandı





A+  A-

Azərbaycan alimləri xarici alimlərlə birgə apardıqları elmi araşdırmalar zamanı Ardıc ağacları (Juniperus oblonga M.Bieb) ilə bağlı maraqlı tibbi məlumat əldə ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı Ardıc ağaclarında ginekoloji xəstəliklərin - erkən uşaqlıq xərçəngi olan neuroblastomanın (NB) müalicəsi üçün xeyirli olan, şişə güclü təsir göstərə bilən maddə aşkar edilib. Bu ağacda neuroblastomanın müalicəsi üçün güclü təsiredici maddənin olması indiyədək elmi mənbələrdə qeyd edilməmişdi.

İnstitutdan bildirilib ki, dərmana qarşı davamlılığın inkişafı baxımından NB-nin müalicəsi üçün yeni terapevtik strategiyalara ehtiyac var. Hazırda onkolojı xəstəliklərin kimyəvi terapiyası zamanı bir çox bitki mənşəli preparatlardan və ya təbii birləşmələr əsaslı analoqlardan istifadə edilir. Digər tərəfdən, ardıclar sərv ailəsinə mənsub olan həmişəyaşıl kol və ya iynə yarpaqlı ağaclardır. Ardıclar İran, Türkiyə və Qafqaz ərazisində dağlarda yayılan dərman bitkisidir. Bu bitkilərdən alınan liqnanlar, flavonoidlər və diterpenoidlər xərçəng əleyhinə xüsusiyyətlərinə görə sınaqdan keçirilib.

Araşdırma zamanı ardıc növlərindən alınan və əsasən abietan və labdan skeletinə əsaslanan diterpenoidlərin müəyyənləşdirilməsi zamanı hüceyrə xətlərinin neyroblastoması üçün güclü şiş əleyhinə təsir aşkar edilib.

Spektroskopik metodlar və rentgenstruktur analizlərdən istifadə olunmaqla izolyasiya və struktur təhlil yolu ilə ardıclar üzrə aparılan fitokimyəvi tədqiqatlar nəticəsində əvvəllər qeyd olunmamış bir labdan-diterpen, doqquz məlum diterpen, iki məlum liqnan və kumarinin aşkar edilib

Xəbər 1813 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +