“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.10.2023  13:19 

Space TV-yə xəbərdarlıq olundu





A+  A-

Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, iclasda Space TV-nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

Oktyabrın 4-də bu telekanalın efirində “Yaxşıya doğru” proqramının yayımı zamanı şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədilib. Bununla da, "Media haqqında" Qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.

Audiovizual Şurası Space-ə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Xəbər 1737 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +