“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.06.2023  14:23 

Hərbçimizin övladı ağır xəstəlikdən əziyyət çəkir - Foto





A+  A-

Azərbaycan Ordusunun hərbi qulluqçusu Süleyman Sultanovun övladı ağır xəstəlikdən əziyyət çəkir.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az –a müraciət edən 15 yaşlı Səkinənin anası Ulduz Süleymanova bildirir ki, həyat yoldaşı 1998-ci ildən hərbi həkim vəzifəsində xidmət edir:

“Ömrünün ən gözəl 25 ilini ön cəbhədə Vətənimizə həsr edib. Həm xidmət etdiyi dövr ərzində, həm də 44 günlük Vətən Müharibəsi zamanı onlarla zabit və əsgərimizin həyatını xilas edib. Hazırda Laçın rayonunda xidmət edir. Aylarla Sumqayıtda yerləşən evimizə gələ bilmir. Buna görə də uşağın müalicəsi ilə məşğul ola bilmirik”.

Övladının uzun müddətdir ağır beyin xəstəliyindən əziyyət çəkdiyini bildirən U. Sultanova deyir ki, dövlət qurumlarına dəfələrlə müraciət etsə də, övladının müalicəsi üçün heç bir köməklik göstərilmir.

O, həyat yoldaşının hərbi qulluqçu olduğunu, övladlarının xəstəliyi səbəbindən sosial vəziyyətlərinin pis olmasını və növbəti müalicələr üçün pul vəsaitlərinin olmadığını nəzərə alaraq son ümid yeri olaraq Səkinənin müalicəsinə xüsusi diqqətin ayrılması üçün Prezident İlham Əliyevdən və Birinci xanım Mehriban Əliyevadan xahiş edir.



Xəbər 1358 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +