“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.06.2023  10:50 

Hava limanında gərginlik: Naxçıvana uçuş yoxdur





A+  A-

Bakı Hava limanında dünən gecədən etibarən gərginlik yaranıb.

XəzərNews.az xəbər verir ki, Bakı-Naxçıvan reysilə uçmağa çalışan vətəndaşların "AzPolitika.info"-ya verdikləri məlumata görə, gecə reyslərinin Naxçıvanda hava şəraitinin yaxşı olmaması səbəbindən təxirə salınmasına görə yüzlərlə sərnişin gecəni hava limanında keçirib.

Gecə saat 2-də uçmalı olan sərnişinlərə bildirilib ki, onların reysi bu gün 16,30-a qədər təxirə salınır. Lakin səhər saat 7-yə təyin olunmuş reysin yerinə yetirilməsi cəhdi gərginliyə yol açıb.

Aeroport rəhbərliyi narazı vətəndaşların qarşısına polisi çıxarıb. Gecədən reysi yubanan vətəndaşlar tələb ediblər ki, birinci onlar yola salınsınlar. Bundan sonra hətta iki reysin sərnişinləri arasında da gərginlik yaşanıb.

Mənbə bildirir ki, hazırda Naxçıvana heç bir reysi yerinə yetirmək olmur, yüzlərlə sərnişin, o cümlədən uşaq və yaşlılar aeroportda gözləyir.



Xəbər 1018 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +