“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.11.2021  14:41 

“Fransa ilə diplomatik əlaqələrin dayandırılmasına ehtiyac var“





A+  A-

Separatçıların Fransa senatına dəvət edilmələri dekabrın 15-də Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasınfa keçiriləcəyi ehtimal olunan görüş öncəsi rəsmi Bakıya təzyiq xarakteri daşıyır və rəsmi Paris bu təxribat xarakterli addımla görüşdə müzakirə olunması gözlənilən mövzuların istiqamətini indidən müəyyənləşdirməyə çalışır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Elçin Mirzəbəyli çıxış edib.

E.Mirzəbəyli bildirib ki, bu addım, şübhəsiz ki, təkcə rəsmi Bakıya yox, eyni zamanda Avropa İttifaqının təşəbbüsünə qarşı yönəlib:

"Fransa senatının, həm də senatdakı çoxluğun formalaşdırdığı hökumətin bu təxribatının Brüssel görüşünün baş tutmamasına gətirib çıxara bilər ki, bu da Avropa İttifaqının bölgədəki maraqlarına ciddi zərbə vura bilər. Bu arada, indiyədək işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər etməkdən müxtəlif bəhanələrlə yayınan Fransa səfirinin birdən-birə Ağdama getməsi də, senatdakı təxribatın arxasında Fransa hökumətinin dayandığını təsdiqləyir. Fransa səfirinin Ağdama səfəri separatçılarla bağlı təxribatın qarşılığında rəsmi Bakının reksiyanının mümkün qədər yumşalmasına xidmət edir və balansyaratmaya uğursuz cəhd kimi də qiymətləndirilə bilər.

Qənaətimə görə, indiki şəraitdə Fransa ilə diplomatik münasibətlərin müvəqqəti olaraq dayandırılmasına ehtiyac var. Mümkün olacağı təqdirdə, Azərbaycan Türkiyə və Pakistanla birlikdə Fransadakı səfirlərini geri çağırmalıdır".

Xəbər 2121 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +