“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.11.2021  18:07 

Rüşvət almaqda ittiham edilərək həbs edildi





A+  A-

"Azərbaycan Standartlaşdırma İnstitutu"nun vəzifəli şəxsi Rafiq Əzizov rüşvət almaqda ittiham edilərək həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Artıq cinayət işinin istintaqı tamamlanıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rafiq Əzizov 2016-cı ildə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin keçirdiyi müsahibə ilə işə qəbul olunub. Sözügedən Komitə 2018-ci ildə ləğv olunaraq səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Xidmətin tabeliyində olan qurumların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirir:

"Bu tədbirlər çərçivəsində "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsdə aparılan daxili yoxlamalar zamanı İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizovun fəaliyyətində aşkar olunan pozuntulara dair materiallar 2021-ci ilin mart ayında hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) göndərilib"./“Qafqazinfo”

Xəbər 3148 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +