“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.07.2020  11:07 

Çində 35 il sonra ABŞ bayrağı endirildi





A+  A-

Rəsmi Pekinin verdiyi 72 saatlıq müddətin başa çatması ilə ABŞ-ın Çendudakı Baş Konsulluğu bu gün rəsmən bağlanıb.
XəzərNews.az Çin mətbuatına istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Çin höküməti ABŞ-ın Çendu şəhərindəki Baş Konsulluğunun binasını nəzarət altına götürüb. Pekinin qərarı ABŞ-ın Hyuston şəhərindəki Çin Baş Konsulluğunun bağlanmasına cavab olaraq qəbul edilib.

Nazirliyin açıqlamasında bildirilib ki, ABŞ-ın Çendudakı konsulluğu yerli vaxtla 10:00-da bağlanıb və bundan sonra Çin rəsmiləri əsas girişdən binaya daxil olublar.

Xatırladaq ki, daha əvvəl ABŞ öz ölkəsinin zehni mülkiyyətinin və vətəndaşlarının şəxsi məlumatlarının qorunması məqsədilə Texas ştatının Hyustonda şəhərində yerləşən ÇXR Baş Konsulluğunu bağlanmasını əmr etmişdi. Rəsmi Pekin bu qərarla əlaqədar Vaşinqtonu beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas prinsiplərini pozmaqda ittiham etmişdi.

Xəbər 1717 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +