“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.04.2020  10:53 

Çin Kim Çenə görə həkimlər göndərdi





A+  A-

Çin hökuməti Kim Çen Inın kritik vəziyyəti ilə bağlı yayılan şayiələrin ardından tibbi ekspertlərdən ibarət bir qrup mütəxəssisi Şimali Koreyaya göndərib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Röyters” 3 mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq şöbəsinin yüksək səviyyəli nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də KXDR-ə yollanıb.

Agentlik məlumatı Kim Çen Inın sağlamlığı ilə bağlı şayiələrlə bağlayır. Hər iki dövlətin beynəlxalq qurumları bu məlumatı hələ şərh etməyib.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı ABŞ kəşfiyyat nümayəndələrinə istinadən Kim Çen Inın ürək əməliyyatından sonra ağır vəziyyətdə olduğuna dair informasiya yayıb. Daha sonra Cənubi Koreya agentliyi “Yonhap” sözügedən məlumatı təkzib edib.

Bir neçə gün əvvəl isə “Röyters” ölkə rəhbərinin komada olduğunu elan etmişdi.

Xəbər 1391 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +