“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.03.2024  10:46 

Hər gün qara istiot dənəsi udmağın 4 faydası





A+  A-

Ədviyyatlar yeməklərə dad verməklə yanaşı, sağlamlığımıza da müsbət təsir göstərir. Xüsusilə süfrələrin vazkeçilməzi olan qara istiot bu ədviyyatların öncüsüdür.

Xəzərnews.az Medicina.az-a istinadla xəbər verir ki, qara istiot maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını asanlaşdırmaqla yanaşı, müxtəlif sağlamlıq problemlərinə qarşı da qoruyucu rol oynayır.

Hər gün qidalanma rutininizə bir ədəd qara istiot dənəsi əlavə etmək bədəninizin sağlamlığı üçün vacib bir addım ola bilər.

Təbii antibiotik funksiyasını yerinə yetirən qara istiotu ədviyyat kimi yeməklərinizə əlavə etməkdən əlavə onun dənəsini uda da bilərsiniz.

Bəs qara istiot dənəsi udmağın hansı faydaları var?

1. Həzm sistemini yaxşılaşdırır: qara istiot dənəsi həzm sistemini təmizləyir. Bu, mədə və bağırsaqların müntəzəm işləməsini təşviq edərək həzm sağlamlığına müsbət təsiir göstərir.

2. Çəkiyə nəzarəti gücləndirir: qara istiot dənələrinin tərkibindəki “piperin” yağ hüceyrələrinin çoxalmasının qarşısını alır və yağın yandırılmasını sürətləndirir. Buna görə də çəki itirmə prosesində köməkçi rol oynaya bilər.

3. Siqaret çəkmək istəyini azaldır: qara istiot dənəsi udmaq siqaret çəkmə istəyini azaltmağa kömək edir. Siqareti tərgitmə prosesində olanların üstünlük verdiyi üsullardan biri də məhz budur.

4. Dəri sağlamlığına yaxşı təsir edir: qara istiotun tərkibindəki maddələr dərinin sağlamlığını dəstəkləyir. Yaşlanma əleyhinə effekti ilə qara istiot gözəl dəri arzulayanların sevimli ədviyyatıdır.


Xəbər 6372 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +